Windows Mobile | |
---|---|
İstehsalçı | Microsoft |
Yazılma dili | C++ |
Bazası | Windows CE |
Buraxılış tarixi | 19 aprel 2000 |
Son versiya |
|
Veb-saytı | microsoft.com:80/windows… |
Vikianbarda əlaqəli mediafayllar |
Windows Mobile — smartfonlar və şəxsi rəqəmsal köməkçilər üçün "Microsoft" tərəfindən hazırlanmış mobil əməliyyat sistemləri ailəsi.[1]
Daha yeni smartfon əməliyyat sistemlərinin (iOS və "Android") yüksəlişindən sonra "Windows Mobile" heç vaxt uğura bərabər olmadı və sonrakı illərdə sürətlə sönmüşdür. "Microsoft" 2010-cu ilin fevralına qədər "Windows Mobile"ı əvəz etmək üçün daha müasir və istehlakçıya yönəlmiş "Windows Phone"u elan etmişdir. Nəticədə, mövcud cihazlar və proqram təminatı "Windows Phone" ilə uyğun gəlmədiyi üçün "Windows Mobile" köhnəlmişdir.[2][3][4] "Windows Phone"un elanından sonra çıxan "Windows Mobile"ın son versiyası 6.5.5 idi. Bundan sonra Microsoft bütün diqqətini "Windows Phone" üzərində cəmləşdirmək üçün Windows Mobile-da inkişafı dayandırmışdır.
"Microsoft" 2015-ci ildə "Windows Phone" seriyasının bir hissəsi olan oxşar adlı "Windows 10 Mobile"ı buraxmış, onun keçmiş "Windows Mobile" əməliyyat sistemləri ilə əlaqəsi yoxdur.